Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilib

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.

Özbəkistan nümayəndə heyəti Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şərait və müasir tələblərə cavab verən proqram təminatından istifadə olunmaqla tapşırıqların icra mexanizmi ilə tanış olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.