Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı yenə dəyişdi

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib.

Bu barədə APA-ya birlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.