Azərbaycanda işləyən əhalinin sayı 4 milyon 886 min nəfərdir –RƏSMİ

Azərbaycanda məşğul əhalinin sayı 4 milyon 886,2 min nəfərdir.  

Azpost.info bildirir ki, bu barədə Azərtac Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər yayıb.

Dekabrın 1-nə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub, onlardan 4 milyon 886,2 min nəfərini məşğul əhali təşkil edib.

Baxılan dövr üçün, işçi quvvəsinə dair keçirilən müayinələr zamanı isə bir həftə ərzində, iqtisadi əmək fəaliyyətilə məşğul olan 15 və yuxarı yaşda şəxslər məşğul əhali sayılırlar.

Məşğulluğun meyarı  heç olmasa həftədə bir saat iqtisadi əmək fəaliyyətilə məşğul olmaqdır.

Statistika Komitəsinin məlumatında qeyd olunur ki, 11 ayda xidmət sahəsində işləyənlərin 1,7 faizi informasiya və rabitə sektorunda fəaliyyət göstərib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir