Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

2025-ci il ərzində valideyn himayəsindən məhrum olan və dövlətin qayğısı ilə əhatə olunan uşaqların övladlığa verilməsi istiqamətində mühüm addımlar atılıb.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilir ki, 37-si oğlan, 34-ü qız olmaqla, ümumilikdə 71 uşaq övladlığa verilib.

“Onlardan 5 nəfəri Agentliyin tabeliyində olan müəssisələrdə yaşayan uşaqlardır”, – qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ildə 165 uşaq övladlığa verilib. 216 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən öz ailələrinə geri qaytarılıb. Eyni zamanda 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə 271 uşaq müəssisəyə yerləşdirilib, 38 uşaq 18 yaşı tamam olduğuna görə müəssisəni tərk edib, 182 uşaq ailə himayəsində saxlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.