“Azərbaycandan qaz və elektrik xətlərinin kəsilməsi Ermənistan üçün sarsıdıcı hadisə idiErməni nazir müavini

Münaqişə səbəbilə Azərbaycandan Ermənistana qaz və elektrik xətlərinin kəsilməsi Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə idi.

Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunda deyib. O, regiona sülh gələcəyinə və Ermənistanın sovet dövründəki kimi enerji mənbələrini şaxələndirə biləcəyinə ümidvar olduğunu bildirib.

“Münaqişə səbəbilə Azərbaycandan Ermənistana qaz və elektrik xətlərinin kəsilməsi Ermənistanın qaz və elektrik sistemləri üçün sarsıdıcı hadisə idi. Çünki biz o zamanlar qazı Azərbaycandan alırdıq və biz həmin vaxt ölkəmizə qaz tədarükü üçün Gürcüstan vasitəsilə yeni qaz xəttinin inşasına başladıq. Mən ümid edirəm ki, regionumuza sülh dövrü gələcək və biz əməkdaşlıq edə, həmin vaxtlarda olduğu kimi enerji sistemlərimizi şaxələndirə biləcəyik”, – nazir müavini deyib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.