Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi adına sahib olub.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı (kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.

Qeyd edək ki, komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) Avropa çempionu tituluna layiq görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.