Azərbaycanın qadın futbol yığması İsveçrəyə 8-0 uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb – 0:8.

Qrupun digər matçında isə Kipr və Estoniya milliləri üz-üzə gələcək.

26 noyabr

13:00.İsveçrə (U-19) – Azərbaycan (U-19) – 8:0
Baş hakim:
 Kristina Kozoroh (Ukrayna)
Kouklia Community stadionu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.