“Azərbaycanla bütün prinsipial məsələlər üzrə razılığa gəlmişik” –PAŞİNYAN

“Ermənistan və Azərbaycan sülhün əsasının yaradılması üçün bütün prinsipial məsələlər üzrə razılığa gəliblər”.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Kazanda keçirilən sammitin  “Autreach”/“BRICS plus” formatlı iclasda çıxış edərkən deyib.

“Bizim qiymətləndirməmiz belədir: Artıq bu gün razılaşdırılmış məzmunda saziş layihəsi Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və münasibətlərin normallaşması üçün möhkəm zəmin yaradılması üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır, həll edir. Biz Azərbaycanı bu sazişi imzalamağa dəvət edirik”, – deyə o qeyd edib.

Ermənistan Baş naziri  sənədin “ən azı 80-90 faiz”lə razılaşdırıldığını açıqlayıb: “Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması, gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılmasıartıq tam razılaşdırılıb”- o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.