“Azərbaycanla sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil” –PAŞİNYAN

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni imzalanmağa hazır deyil”.

“Sputnik Armenia”nın məlumatına görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Yaxın vaxtlarda Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda əldə olunan irəliləyişi daha əsaslı hala gətirə biləcəyik. Bütün məsələlər diplomatik yolla həll edilməlidir”, – o deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.