ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.
Bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.
Bildirilib ki, Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.
Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
“Azərbaycan Universitetləri” səhifəsinin məlumatına görə, Ceyhun illər öncə 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq oradan məzun olub.//Qafqazinfo