Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) martın 19-dan bütün xarici vətəndaşlar üçün sərhədlərini bağlayacaq.
“Report” “Qazeta.Ru”ya istinadən xəbər verir ki, bu qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilir. Məhdudiyyətin ləğv olunacağı tarix göstərilmir.
Qeyd edək ki, BƏƏ-də 113 nəfər koronavirusa yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 202 min nəfəri keçib. 8 012 nəfər isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.