Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyənlər…

Orkhan Ali 13 Mart 2024 - 17:41 (Last updated: 21 May 2025 - 20:15)
prokurorluq

Baş Prokurorluq bələdiyyə torpağını mülkiyyətə və icarəyə götürmək istəyərkən vətəndaşların diqqət yetirməli olduğu məqamlarla bağlı müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri mütəmadi olaraq təhlil edilir və aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, gələcəkdə baş verməməsi, korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməkdədir.

Müraciətlərin bir hissəsindən görünür ki, vətəndaşların narahat edən məsələlərdən biri də üzərində bələdiyyə mülkiyyəti olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi zamanı qarşılaşılan korrupsiya ilə əlaqədar hüquqpozmalardır.

Odur ki, xoşagələməz hadisələrin qarşısının alınması üçün vətəndaşların bu sahədə bir sıra zəruri məlumatları bilmələri faydalı olardı.

Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.

Bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. “Bələdiyyələrin status haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, bələdiyyələr milli qanunvericilik əsasında təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər:

1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar;

2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.

Yerli özünüdarəetmə orqanlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində görülmüş müsbət işlərlə yanaşı, bu sahədə bir sıra xarakterik korrupsiya hüquqpozmaları da mövcuddur.

Məsələn, bələdiyyələr 2007-ci il dekabr ayının 1-dən etibarən öz qərarları ilə torpaq alqı-satqısı həyata keçirə bilməzlər. Belə ki, həmin tarixdən qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi nəzərdə tutulur.

Aparılmış təhlillərin nəticəsi göstərir ki, mövcud qaydalara baxmayaraq, torpaq sahələri hərracdankənar satılır, yəni bələdiyyələr tərəfindən köhnə tarixlə, 01.12.2007-ci ilə qədər olan dövrə dair qərarlar qəbul olunur və protokolların müvafiq vərəqələri dəyişdirilir.

Bundan əlavə, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 dekabr 2008-ci il tarixdə qüvvəyə minmiş Qanun ilə bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulmaqla, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqə yolu ilə əldə edilməsinin mümkünlüyü yeni qayda kimi müəyyən edilmişdir.

Bələdiyyələr mülkiyyətə və icarəyə verilməsi nəzərdə tutulan sərbəst torpaq sahələri, habelə satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə əhaliyə məlumat verməlidirlər.

 

 

Post navigation

Previous: Oturaq həyat tərzi qəfil ölüm riskini artırır
Next: COP29-u işıqlandıracaq ingilisdilli jurnalistlər üçün təlim keçilib –

Oxşar xəbərlər

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25

xƏBƏR

mahni oxumaq
  • Maraqlı

Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə

User 25 Oktyabr 2026 - 14:40
Bəzən radioda təsadüfən eşidilən bir mahnı insanın yadına məktəb illərini, ilk sevgisini və ya çoxdan görmədiyi bir...
Read more about Mahnı insanı illər əvvələ necə qaytarır? – Musiqi ilə yaddaş arasındakı maraqlı əlaqə
Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin! Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.