“Bəzən düşünürlər ki, əlillik təyin edildikdən sonra müalicəyə ehtiyac yoxdur”- NAZİR

Əzasını itirmiş şəxsə əlillik ömürlük təyin olunur.

Bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, əlillik eyni zamanda, xəstəliklərə görə də təyin edilir:

“Tibbi cəhətdən müalicə oluna bilən xəstəliklərə görə, əlillik müəyyən müddətli olur. Bəzi xəstəliklər ilk 3-5-7 ildə müalicə oluna bilirlər və bu müddət bitdikcə vətəndaşlar müraciət etməlidirlər. Eyni zamanda, müalicənin stasionar dövrü olur. Bəzən vətəndaşlar düşünürlər ki, əlillik təyin edildikdən sonra müalicəyə davam etməyə ehtiyac yoxdur. Bu zaman əlillik üçün müraciət etdiklərində onlara təkrar müalicə yazılır. Buna görə də əlillik almış şəxslər əlillik kateqoriyası üzrə müalicə dövrünü keçməlidirlər”.

 

Əvvəlki məqalə

“Rusiya ilə münasibətlərin pozulması Ermənistana ciddi problemlər gətirəcək”

Sonrakı məqalə

Azərbaycan millisinin yeni baş məşqçisi qısa müddətdə məlum olacaq