BƏƏ lideri Putinlə Zelenskini Dubayda görüşdürmək istəyir

Birləşmiş Ərəb Əmirlikləri BMT-nin noyabrda keçiriləcəck İqlim Dəyişikliyi Konfransı çərçivəsində Rusiya və Ukrayna prezidentləri arasında görüş təşkil etməyə hazırdır.

Azpost.info xəbər verir ki, bunu BƏƏ lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bildirib.

“Noyabrın 30-da Dubayda keçiriləcək konfransı çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırıq”, – o deyib.

BƏƏ rəhbəri öz təşəbbüsünü bu ideyanı dəstəkləyən Papa Fransisklə ətraflı müzakirə edib. Pontifik hərbi əməliyyatları dayandırmaq və sülhün bərqərar olması üçün onun həyata keçirilməsi üçün şeyxlə birgə tədbirlər görməyə razılaşıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu təsdiqləyib

Sonrakı məqalə

İranda Səudiyyə səfirliyi fəaliyyətə başlayıb