“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur” –Deputat hökumətə müraciət etdi

“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur”.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, bunu deputat Fatma Yıldırım Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

Deputat deyib ki, bu gün ölkəmiz dünyaya yayılmış koronavirus infeksiyasına qarşı qətiyyətlə mübarizə aparmaqdadır: “Belə bir çətin dövrdə 200 mindən çox əhalisi olan Bərdə rayonunda və onun mərkəzi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması sakinlərdə çox ciddi narazılıq doğurur. Hazırda ərazi üzrə həm fərdi evlərin, həm də çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda daşaraq yollara dağılması bir çox yoluxucu xəstəliyin yayılmasına zəmin yaradır. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir. Bərdə şəhərində də kanalizasiya sisteminin yaradılması ilə əlaqədar ötən il “Azərsu”ya rəsmi şəkildə müraciət etmişəm. Bir daha hökumətdən xahiş edirəm ki, icra olunacaq layihələr çərçivəsində Bərdə şəhəri də nəzərə alınsın”-deyə, o, əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Netflix” Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almalı olacaq” –

Sonrakı məqalə

“Qanun layihələrində çatışmazlıqlar olur…” –