Bərdədə güclü yanğın baş verib

Bərdədə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin – çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mercedes” markalı mikroavtobus yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da koronavirusdan ölənlərin sayı 25 mini keçdi

Sonrakı məqalə

Kasıb tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı detallar açıqlandı