Bərdədə kafedə iki nəfər güllələnib- FOTO

Bərdədə kafedə iki nəfər güllələnib.

Hadisə rayonun Bala Qəcər kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır(apa).

Əvvəlki məqalə

“100 dərmandan 89-u yerlidir, səhiyyədə dünya liderlərindən olmaq niyyətindəyik”

Sonrakı məqalə

29 il əvvəl törədilmiş cinayətin üstü açılıb –