Bərdədə narkotik satan qardaşlar saxlanıb

Bərdədə narkotik vasitələrinin satışı ilə məşğul olan qardaşlar saxlanıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Bərdə Rayon Polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

Rayon sakinləri Məmmədov Pərviz və onun qardaşı Məmmədov Vüsal Zakir oğlu həmyerliləri Talıbov Sərdar Yapon oğlu, Bəbirov Pərviz Novruz oğlu saxlanılıb. Saxlanılan şəxslərə baxış zamanı üzərlərində hüquq mühafizə əməkdaşları külli miqdarda narkotik vasitələri aşkarlayıb. Əməliyyat axtarış tədbirləri davam etdirilir və hər 4 şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

“Qarabağ”ın futbolçusu vəfat edib

Sonrakı məqalə

ABŞ Ukraynaya göndərilən tanklardan bəzi texnologiyaları yığışdırır-