Bəşər Əsəd Suriyanı qoyub qaçdı- Ərdoğan

“Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, O, Suriyaya təsir edən güclü dəyişiklik küləyinin bütün suriyalılar, xüsusilə mühacirlər üçün faydalı nəticələrə gətirib çıxaracağına inanıb.

Ərdoğan Türkiyədəki suriyalıların könüllü şəkildə ölkələrinə qayıdışının başladığını da vurğulayıb.

“Tıxacın qarşısını almaq və nəqliyyatın hərəkətini asanlaşdırmaq üçün Yayladağı sərhəd keçid məntəqəsini də açırıq”, – Ərdoğan əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın taleyini suriyalılar özləri həll etməlidir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.