Babək Quliyev Avropa çempionatına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA tərəfindən növbəti dəfə vəzifələndirilib. AzPost xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Türkiyə–Ukrayna oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma noyabrın 14-də baş tutacaq. H qrupuna daxil olan bu oyun İstanbulda, “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda keçiriləcək.

Qeyd edək ki, Babək Quliyev UEFA-nın müxtəlif yarışlarında dəfələrlə hakim-inspektor kimi çıxış edib və beynəlxalq arenada Azərbaycan futbolunun təmsilçilərindən biri hesab olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.