“Babəkin heykəlin hazırlanması üçün götür-qoy edilir” –İcra başçısı Eldar Əzizov

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini açıqlayıb.

Eldar Əzizov APA-ya açıqlamasında bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

“Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”, – deyə E. Əzizov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident “Elm haqqında” Qanuna dəyişikliyi təsdiqlədi –

Sonrakı məqalə

Kiprdə yaşayan azərbaycanlı alim Elza Alışovanın yeni kitabı çap olunub –