Badamdar yamacında sürüşmə davam edir –Vaxtaşırı kiçik həcmli uçqunlar baş verir (NAZİRLİK)

Badamdar rayonunda Badamdar yamacında sürüşmənin aktivliyi davam edir.

Bu barədə Turan-a Ekologiya Nazirliyinin Milli Geologiya Xidmətinin rəhbəri Əli Əliyev bildirib. Onun sözlərinə görə, yanvarın 28-də baş vermiş sürüşmədən sonra proses qərarlaşmayıb və gərginlik dinamikası davam edir. Qırılma qarşında vaxtaşırı kiçik həcmli uçqunlar baş verir. Sürüşmə kütləsi dayanıqlı deyil.

“Buna görə sürüşmə prosesi hələ başa çatmayıb. Dinamik gərginlik davam edir”, -deyə Əliyev bildirib.

Qeyd edək ki, bu sahə onillər boyunca təhlükəli sürüşmə zonası hesab olunur. Fasilələrlə təqribən hər 10 ildə bir Bayıl yamacında böyük sürüşmələr baş verir. Bu təhlükəyə baxmayaraq, burada mənzil və digər obyektlərin tikintisi səngimir. Son illər qəsəbədə fəal şəkildə çoxmərtəbəli yaşayış binaları tikilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtkin düşən şəxslərin avtomobili Cəbrayılda minaya düşüb –

Sonrakı məqalə

Masallıda yol qəzasında 5 nəfər xəsarət alıb –