Badamdarda sürüşmə baş verən yolda hərəkət bərpa olunub –-VİDEO

Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

Bir müddət əvvəl Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolda baş verən sürüşmə nəticəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq bildirib ki, ərazidə aparılan işlərdən sonra son vəziyyət nəzərə alınaraq bağlanmış yollar açılıb və bu istiqamətlərdə avtomobillərin hərəkəti bərpa olunub.

Qeyd olunub ki, buna baxmayaraq həmin istiqamətlərdə ağır yük maşınlarının və əvvəllər həmin istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının hərəkəti hələ ki, təmin olunmayıb. Burada əsas məqsəd ərazidə yaşayan insanların rahat hərəkətini təmin etməkdir. Aparılan işlər tam yekunlaşdıqdan sonra yolun tam istismarı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir