Bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı- VİDEO

Paytaxtda fəaliyyət göstərən bağçalardan birində azyaşlıya qarşı zorakılıq edilib.

Bakı şəhəri Yasamal rayonundakı 290 saylı bağçasında müəllim azyaşlını saçını yolaraq onu döyüb. Həmin an yaşananlar bağçanın təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.

Uşağın valideyini Nərgiz İsmayılova övladının (N.İ. şərti ad) müəllim tərəfindən döyüldüyünü bildirib.

Nərgiz xanım onu da bildirib ki, bağçada çalışan texniki işçi də azyaşlıya qarşı nalayiq ifadələr işlədib.

290 saylı bağçanın müdiri Dilşad İsmayılova açıqlamasında uşağa fiziki və mənəvi şiddət göstərən hər iki işçinin əmək müqaviləsinə xitam verilərək işdən çıxarıldığını bildirib:

“Bu məsələdən məlumatım var. Lazımi qurumlara da məlumat verilib. Hər iki işçi barəsində tədbir görülüb. Bu hadisə iyunda baş verib. Texniki işçi uşağa nalayiq sözlər söyləyib. Sonra valideyn mənə yaxınlaşıəb dedi ki müəllim uşağın saçını yolub və döyüb. Bundan sonra hər iki işçi işdən çıxarılıb”.

DİN-dən isə bildirilib ki, məsələ araşdırılır. Ətraflı məlumat veriləcək(“baku.ws”).

https://baku.tv/hadise/bagcada-azyasliya-qarsi-zorakiliq-muellim-usagin-sacini-yolub-doydu-anbaan-goruntu-157390

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.