Bağda quyu qazan kişi 100 milyon dollarlıq sapfir tapdı –FOTO

Şri-Lankanın Ratnapura regionunda bir evin bağçasında dünyanın ən böyük sapfir daşı tapılıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, ev sahibi həyətində quyu qazarkən daşı aşkarlayıb. Mütəxəssislər 510 kq ağırlığında mavi daşın təxminən 100 milyon dollar (170 milyon manat) dəyərində ola biləcəyini deyirlər.

Qiymətli daşlar üzrə mütəxəssis Dr.Gamini Zoysa sapfirin 400 milyon yaşı ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Şri-Lanka sapfir və bunun kimi qiymətli daşların ixracında öndə gedən ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeddinci cüdoçu da Azərbaycana medal qazandıra bilmədi –

Sonrakı məqalə

Boksçumuz Məhəmməd Abdullayev məğlub oldu –