Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Bahalı telefon, ucuz münasibət

Orkhan Ali 27 İyun 2025 - 10:15 (Last updated: 27 İyun 2025 - 09:58)
KontaktHome

KontaktHome

Paytaxt sakini Emil Azad dostunun Kontakt Home Xalqlar filialından aldığı telefonla bağlı ciddi narazılıq yaşadığını bildirib. Onun sözlərinə görə, Samsung A36 model telefonu 800 manata alarkən əlavə olaraq 170 manat “Qızıl zəmanət” ödənişi olunub. Beləliklə, cihazın qiyməti 1200 manata yüksəlib.

AzPost xəbər verir ki, müştəri bildirir ki, telefonu cəmi 2-3 gün istifadə etdikdən sonra batareyasında sürətli enerji itkisi müşahidə edilib. Şikayət əsasında mağazaya müraciət olunduqda, satış məsləhətçiləri servisə yönləndirib. Halbuki, “Qızıl zəmanət” paketinə əsasən, belə hallarda daha operativ və yerində xidmət göstərilməsi nəzərdə tutulur.

Telefon mağaza tərəfindən yoxlanıldıqdan sonra problem qeydə alınmayıb və rəsmi servisə göndəriləcəyi bildirilib. Maraqlısı odur ki, bu müddətdə müştəriyə sadə bir telefon təqdim olunub. Emil Azad qeyd edir ki, 14 gün ərzində geri qaytarma və dəyişdirmə hüququ olduğu halda prosedurun bu qədər uzadılması və zəmanət dəyərinin ilkin ödənişlə uyğun gəlməməsi haqlı narazılıq doğurub.

Daha sonra servis tərəfindən təmir edilərək geri qaytarılan telefonda yenə də eyni batareya problemi davam edir. Emil Azad sual edir: “Bəs bu halda biz şikayətimizi kimə etməliyik? Qızıl zəmanət varsa, müştəri niyə bu qədər süründürülür?”

Kontakt Home mövqe bildirərsə yazı yenilənəcək.

AzPost.az

Post navigation

Previous: “Tramp Putinlə Türkiyədə görüşməyə hazırdır” –
Next: Hörmüz boğazında tankerlər özlərini Rusiya və Çin gəmisi kimi təqdim edir

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.