Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

User 24 Yanvar 2025 - 14:16 (Last updated: 21 May 2025 - 20:15)
3

İnnovasiya və sürət lideri “Bakcell” inklüzivliyə dəstək strategiyası çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən yaradılan “Kaşalata” kafedə “İnnovasiyalarla Müxtəlifliyə Doğru” adlı tədbir təşkil edib. Tədbirin məqsədi “Bakcell” ilə “Birgə və Sağlam” İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.

Tədbir çərçivəsində “Bakcell”in baş icraçı direktoru Klaus Müller, Korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, İB-in Valideyn Məşvərət Şurasının sədri Natəvan Məmmədova və millət vəkili Nigar Arpadarai çıxış ediblər. Tədbirə diplomatik nümayəndəliklərdən, qeyri-hökumət təşkilatlarından (QHT) və media sektorundan olan nümayəndələr də qatılıb və ümumilikdə 40-a yaxın qonaq iştirak edib.

 

“Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxışında bu təşəbbüsün innovasiya və inklüzivlik baxımından şirkət üçün əhəmiyyətli olduğunu vurğulayıb: “İnnovasiya yalnız texnologiyalarla deyil, həm də cəmiyyətimizin hər bir üzvünə yeni fürsətlər yaratmaqla bağlıdır. “Kaşalata” kimi layihələr neyro-müxtəlifliyi olan gənclərin potensialını ortaya çıxararaq onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyasına və parlaq gələcəyinə zəmin yaradır. “Bakcell” olaraq innovativ həllərlə dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında töhvə verməkdən qürur duyuruq və gələcəkdə də bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik”.

“Birgə və Sağlam” İctimai Birliyinin məqsədi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləməkdir. Bu məqsədlə autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını, inklüziv təhsili və məşğulluq imkanlarının artırılmasını hədəfləyən tədbirlər həyata keçirilir. Hazırda Birliyin nəzdində 2 Autizm Mərkəzi fəaliyyət göstərir. “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş “Kaşalata” kafe xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.

 

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

 

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji,  yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Post navigation

Previous: Yarım milyon vəsaiti mənimsəyən vəzifəli xanımın məhkəməsi
Next: “Yaşın nə fərqi var ki…” –

Oxşar xəbərlər

media yayim açlqma
  • Media

Media və Yayım Şurası açıqlama yaydı

User 13 Noyabr 2026 - 12:50
nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
kiber firildaq
  • Media

Hakerlər “Yeni Azərbaycan”ın saytına hucum edib – Yazılar silinib

User 12 Noyabr 2026 - 17:47

xƏBƏR

tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen...
Read more about Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.