Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Yarım milyon vəsaiti mənimsəyən vəzifəli xanımın məhkəməsi

Orkhan Ali 24 Yanvar 2025 - 14:11 (Last updated: 21 May 2025 - 20:15)
Yarım milyon

Yarım milyon

Yarım milyon vəsaiti mənimsəyən vəzifəli xanımın məhkəməsi
“Premium Bank” ASC-də filial müdiri işləmiş Nəzakət Məmmədxanova və Samirə Əliyevanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.
AzPost Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verib müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirəyə çıxarmağı xahiş edib. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin.
Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır.
Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxıb.
Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.
Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib.
Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmadığını elan ediblər.
Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.
Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki,
“Premium Bank” ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova 2024-cü ilin mayın 8-dən 23-nə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib.

Post navigation

Previous: Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
Next: “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Oxşar xəbərlər

haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38

xƏBƏR

sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
Azərbaycanda sosial şəbəkələr arasında rəqabətin mənzərəsi dəyişir. İstifadəçi və reklam auditoriyasına görə TikTok ölkənin ən böyük platforması...
Read more about Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA
Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.