Bakı hava limanında heyvanlara qarşı qəddar davranış əks olunan video araşdırılır –AÇIQLAMA

Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalar başlanılıb.

Bu barədə Heydar Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək: “Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.

Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bulvarda korifey sənətkar Müslüm Maqomayevin heykəli qoyulacaq –

Sonrakı məqalə

Dövlət sərhədinin pozulması nəticəsində həlak olan zabit Tovuzda dəfn olunub –