“Bakı ilə İrəvan arasında sülh sazişinin əldə edilməsi imkanı var”- Prezident İlham Əliyev

“Bakı ilə İrəvan arasında münasibətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünün tanınması əsasında normallaşması üçün ciddi ilkin şərtlər var”.

Azpost.info xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında çıxış edərkən deyib.

Prezident Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması fonunda sülh sazişinin əldə edilməsi imkanının olduğunu bəyan edib.

İlham Əliyev çıxışının sonunda sammitə dəvətə görə Rusiya prezidenti Vladimir Putinə, eləcə də bu dəvətin dəstəklənməsində iştirak edən bütün həmkarlarına minnətdarlığını bildirib.

Prezident onu da qeyd edib ki, bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.