Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq

Orkhan Ali 07 Noyabr 2024 - 12:24 (Last updated: 21 May 2025 - 20:15)
17309679361184720772_1200x630

Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransının dünya ictimaiyyətinə təqdim olunması üçün tədbir məkanı olan Bakı Stadionundan yüksək keyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyicilərinə COP29 çərçivəsində yer alacaq qlobal iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq.

Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrində yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində keçirilən bütün mühüm tədbirlərin və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.

İrimiqyaslı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.

Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm qlobal əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanəti də əhatə edir.

Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları qlobal auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksək keyfiyyətli yayım vasitəsilə tarixi məqamların əlçatan olmasını təmin etmək istiqamətində daima səy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.

Post navigation

Previous: Bakıda ilk dəfə yeni nəsil piyada svetoforları quraşdırılıb
Next: Məhkəmə hakimləri test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçiləcək

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.