Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Metro
Metro

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.

APA-Economics”in məlumatına görə, bunu “Azercell Telekom” şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.

O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi “Elmlər Akademiyası” stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: “Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir