Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bakı metrosu “Dərnəgül” deposunu istifadəyə verməyə hazırlaşır

Orkhan Ali 20 Yanvar 2025 - 13:38 (Last updated: 21 May 2025 - 20:15)
Vüsal Aslanov

Vüsal Aslanov

Yaxın vaxtlarda Bakı metrosu yeni “Dərnəgül” deposunun istifadəyə verilməsi planlaşdırılır. AzPost “Report”a  istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib.

“Hazırda Bakı metrosu “Qırmızı” və “Yaşıl” xətlərinə xidmət edən yalnız bir depo – “Nərimanov” deposundan ibarətdir: Yeni depo istifadəyə verildikdən sonra “Yaşıl” xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də “İçərişəhər” və “Xətai” stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”, – deyə o qeyd edib.

Bundan başqa, V.Aslanovun sözlərinə görə, əvvəlcədən də deyildiyi kimi, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında birləşən “Qırmızı” və “Yaşıl” xətlərin ayrılması nəzərdə tutulur.

“Metroda sıxlığın azaldılması ən aktual problemlərdən biridir. Buna ilkin mərhələdə intervalın azaldılması ilə nail olmaq mümkündür. Bunun üçün infrastrukturun təkmilləşdirilməsi vacibdir. Ən mühüm addımlardan biri xətlərin ayrılmasıdır. Dünya təcrübəsi göstərir ki, xətlərin müstəqil fəaliyyət göstərməsi sıxlığın azaldılması üçün mühüm əhəmiyyət kəsb edir. İlkin planımıza əsasən, “Dərnəgül” stansiyasından gələn qatarlar “Xətai” stansiyasına qədər, “İçərişəhər” stansiyasından gələn qatarlar isə “Həzi Aslanov” stansiyasına qədər hərəkət edəcək. Bununla da intervalları qismən azaldacağıq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, metroda sıxlığın azaldılması üçün dayanıqlı elektrik gərginliyinin təmin olunması da vacibdir: “Yeni nəsil vaqonlardan istifadə edirik, onların da enerji sərfiyyatı köhnə nəsil vaqonlardan çoxdur. Bu məsələlər həll olunduqca, qatarların intervalında müəyyən qısalmaları hiss edəcəyik. Bütünlükdə bu tədbirlər bir il yarım – iki il ərzində davam edəcək və bütün xətt boyunca intervallarımızı iki dəqiqəyə endirə biləcəyik”.

 

Post navigation

Previous: Sabaha gözlənilən hava şəraiti açıqlanıb
Next: İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.