Bakı metrosu dezinfeksiya ediləcək- Koronavirusa görə

Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: “Bununla bağlı tədbirlər planı hazırlanıb və gələn həftədən dezinfeksiya işləri stansiyalarda aparılacaq”.

B.Məmmədov əlavə edib ki, dezinfeksiya koronavirusa qarşı profilaktik işlər çərçivəsində aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada qışın ən isti günü qeydə alınıb

Sonrakı məqalə

Türkiyə qoşunları İdlibə hücuma keçdi