Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Metronun “28 May” – “Nizami” stansiyalarının tunel yolunda qatar maşinisti tüstüləmə müəyyən edib və dərhal dispetçerə məlumat verib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Bəxtiyar Məmmədov bildirib ki, Bakı metrosunda normativ tələblərə əməl olunaraq dərhal yüksək gərginlikli xətt çıxarılıb.

“Daha sonra FHN-nin yanğınsöndürmə qrupu dəvət edilib. Metronun “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanıb. Tüstüləmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlandırma kabelində tüstüləmənin qarşısı alınıb. 25 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. “Nizami” stansiyasında sərnişinlərin buraxılışı təmin edilib. Qatarların hərəkəti intervalı tənzimlənir”, – deyə B.Məmmədov əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.