Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem “Bakı Metropoliteni” QSC-nin fəaliyyətində çətinliklər yaradıb. 

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız “Xalqlar dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb: “Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Uşaqların övladlığa götürülməsi ilə bağlı qayda təsdiqlənib

Sonrakı məqalə

TƏBİB Astara xəstəxanasındakı görüntülərlə bağlı açıqlama yaydı