Bakı Musiqi Akademiyasının professoru Türkiyədə vəfat edib

Üzeyir Hacıbəyıi adına Bakı Musiqi Akademiyası və Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Səidə Behbudova dünyasını dəyişib.

AzPost bildirir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi bildirib.

Professor Səidə Behbudova Rusiyada P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb.

1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb.

Səidə Behbudova Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.

2012-ci ildən Çukurova Universiteti Dövlət Konservatoriyasında çalışırdı.

Allah rəhmət eləsin!

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.