Bakı- Naxçıvan reysi niyə problemə çevrilib? –AZAL-ın təyyarə və bilet biabırçılığı

Bir neçə müddətdir insanlar Bakıdan Naxçıvana getmək üçün bilet tapa bilmir. Günlərlə Bakıda kassanın önündə növbəyə dayansalar da bilet tapılması böyük problemə çevrilib. İnsanlar bu yay günlərində 40 dərəcə istinin altında kassaların önüdə gözləməkdən yorulublar.

Anoloji vəziyyət Naxçıvan-Bakı istiqamətində də yaranıb. Lakin, orda vəziyyət daha ciddidir. Belə ki, 50 dərəcə isti altında günlərdir kassaların önüdə dayanan insanlar öz növbələrinin çatmasını gözləyir. İstidən təngə gələn vətəndaşlar artıq kassalara hücum ediblər. Oradakı mühafizəçilərlə vətəndaşlar arasında anlaşmazlıq yaranıb. Səbəb isə aydındır, bilet tapılmaması…Yaxınları, əzizləri vəfat edənlər vida mərasimlərinə gələ bilmirlər. Həmçinin yaxınlarının toy məclislərində iştirak etmək istəyənlər, müalicə üçün Bakıya gəlmək istəyənlər də çarəsiz vəziyyətdə qalıblar.

Araşdırmamız nəticəsində bəlli olub ki, bu problemlərin başında AZAL dayanır. Belə ki, hər gün norma olan 4 reysə əlavə kiçik tutumlu(80nəfər)təyyarələr qoşaraq 4 reys də artıran AZAL gözdən pərdə asaraq insanlar arasında böyük narazılıqlar yaradır. Belə ki, böyük təyyarələrin(200-300 nəfər həcmində)bir qismini yanacaq və digər xərclərə görə hava limanında saxlayan AZAL-rəhbəri, digər böyük təyyarələri də Beynəlxaq reyslərə qoşaraq daha böyük qazanc axtarışındadır. Nəticədə isə əhali yerli Bakı-Naxçıvan reysində böyük problemlər yaşayır. Araşdırmamız zamanı bizə AZAL-da çalışan əməkdaşlar bildirdilər ki, əgər böyük təyyarələri reysə çıxarsalar, bu qədər kiçik təyyarələrə ehtiyac yoxdur və bir neçə böyük təyyarə ilə problemi həll etmək olar.

Digər tərəfdən bilet işbazlarının da ortada olması işləri bir qədər də çətinləşdirib. Biletlərin tapılmayan zamanında bu işlərlə məşğul olan kassa əməkdaşları insanların çətin vəziyyətindən istifadə edərək biletləri qara bazarda öz qitmətlərindən 3-4 dəfə baha satırlar. Nəticədə vətəndaşlara maddi zaiyan da dəyir.

Bir neçə müddətdir bir çox rəsmilər, deputatlar AZAL rəhbərliyini bu məslələri həll etməyə çağrılsa da, görünən odur ki, ciddi nəticə yoxdur. Beynəlxalq reyslərdə qiymətlərin çox baha olması, yerli reyslərdə isə təyyarələrin olmaması təəssüf doğurur.

Məsələ ilə bağlı AZAL-rəhbərliyi ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. (Manşet.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda keçirilən “Mustafa Kamal Atatürk-2021” təlimi başa çatıb –

Sonrakı məqalə

Son sutkada virusa yoluxanların sayı açıqlandı