Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib –

ƏMR
02 Dekabr 2020 - 10:59

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.