Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən“Gündəm təhsildir” müzakirə proqramına start verilir

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Gündəm təhsildir” müzakirə proqramına start verilir.

Təhsil İdarəsindən bildirilib ki proqram çərçivəsində təhsil gündəmində olan maraqlı mövzular ətrafında müxtəlif qonaqlarla söhbət aparılacaq.

“Gündəm təhsildir” proqramının əsas məqsədi özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə fərqlənən, qazandığı uğurlarla təhsil prosesinin iştirakçılarını ruhlandıran şəxslərin çıxışlarına yer vermək və onları geniş ictimaiyyətə təqdim etməkdən ibarətdir.

Proqramın ilk qonağı pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması ilə məşhur olan 62 nömrəli məktəb-liseyin IX sinif şagirdi Həsən Quliyevdir.

İstedadlı gənc Həsən Quliyevlə görüşü fevral 18-i saat 16:00-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı izləmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur hind filmi “Disko rəqqası”nın bəstəkarı vəfat edib

Sonrakı məqalə

Gürcüstanda COVID-19-a 15 315 yeni yoluxma qeydə alınıb, 55 nəfər ölüb