Yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Bakı-Sumqayıt qatarlarının hərəkətində problem yaranıb. Sumqayıtdan qatarların hərəkəti dayanıb.
Qatar bələdçisinin sözlərinə görə, hələlik qatarların hərəkəti ilə bağlı hər hansı məlumat verilmir.
Nəticədə Sumqayıt stansiyasında sərnişinlərin böyük sıxlığı yaranıb.
Azərbaycan Dəmir Yolları açıqlama yayaraq bildirirb ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.
Qeyd olunu bki, ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd olunub ki, Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir.
Qurum hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.