Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakı üzrə riyaziyyat nəticələri 63 bal yüksəlib –

User 08 Sentyabr 2026 - 21:41 (Last updated: 08 Sentyabr 2026 - 21:41)
Emin Əmrullayev

Emin Əmrullayev

Azərbaycanda PISA 2025 beynəlxalq qiymətləndirməsinin nəticələri açıqlanıb. Təhsil naziri Emin Əmrullayev bildirib ki, Bakı üzrə şagirdlərin göstəricilərində əvvəlki qiymətləndirmə ilə müqayisədə ciddi artım qeydə alınıb.

Nazirin sözlərinə görə, riyaziyyat üzrə nəticələr 63 bal, təbiət elmləri üzrə 60 bal, oxu savadlılığı üzrə isə 40 bal yüksəlib. Bu göstəricilər Bakı üzrə ən yüksək irəliləyişlərdən biri hesab olunur.

Emin Əmrullayev qeyd edib ki, əvvəlki qiymətləndirmə ilə müqayisədə baza səviyyəsindən aşağı nəticə göstərən şagirdlərin sayı təxminən iki dəfə azalıb.

PISA 2025 çərçivəsində hazırlanan OECD hesabatı “Gələcəyə hazır şagirdlər” adlanır. Hesabatda oxu savadlılığının xüsusi əhəmiyyəti vurğulanır. Nazir bildirib ki, oxu bacarığı bütün digər öyrənmə istiqamətlərinin əsasını təşkil edir və bu sahədə nəticələrin yaxşılaşdırılması təhsil sistemi üçün mühüm vəzifələrdəndir.

Bu il PISA qiymətləndirməsində Azərbaycanın bütün iqtisadi rayonları əhatə olunub. Bu isə ölkənin müxtəlif bölgələrində şagird nailiyyətlərinin müqayisəli şəkildə qiymətləndirilməsinə və regional mənzərənin daha dəqiq formalaşdırılmasına imkan verib.

Nazir bildirib ki, PISA 2029 qiymətləndirməsi Azərbaycanın təhsil sistemində baş verən dəyişiklikləri və inkişaf dinamikasını daha aydın izləməyə şərait yaradacaq.

Onun sözlərinə görə, PISA yalnız nəticələrin ölçülməsi vasitəsi deyil. Qiymətləndirmə təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm göstəricilərdən biridir.

Emin Əmrullayev nəticələrin əldə olunmasında əməyi olan müəllimlərə, şagirdlərə və valideynlərə təşəkkür edib.

AzPost.az

Post navigation

Previous: Ərdoğan ölkəmizin Türkiyədəki yeni səfirini qəbul edib
Next: Gün ərzində enerjiniz azalırsa, bu 4 vərdişə diqqət edin

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.