“Bakı və İrəvanın Berlində sülh sazişi üzrə irəliləyiş əldə edəcəyinə ümid edirəm”- PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 28-29-da Berlində keçiriləcək görüşdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramovun sülh sazişi üzrə irəliləyiş əldə edəcəyinə ümid etdiyini bildirib.

Azpost.info xəbər verir ki, Paşinyan bunu Afinada yunanıstanlı həmkarı Kiriakos Mitsotakislə görüşü zamanı deyib.

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir. Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, – Paşinyan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.