“Bakı və Qarabağ erməniləri arasındakı danışıqlarda iştirak etməmişik” –PAŞİNYAN

“Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın hazırlanmasında rəsmi İrəvanın hər hansı iştirakı olmayıb”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Paşinyan xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistan Rəsmi Bakı və Qarabağın erməni sakinlərinin nümayəndələri arasındakı danışıqlarda iştirak etməyib.

O, qeyd edib ki, Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi indi Rusiya sülhməramlı kontingentinin üzərinə düşür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Antiterror əməliyyatının ikinci günü Qarabağdakı separatçılar təslim olub.

Əvvəlki məqalə

“Bayden heç vaxt Putin qədər dəstək qazanmayıb”

Sonrakı məqalə

Azərbaycanın xarici ticarət dövriyyəsi 26,3 milyard dollar olub