Bakıda 19 yaşlı sürücü 60 yaşlı qadını vuraraq öldürüb

Bakıda 19 yaşlı sürücü piyadanı vuraraq öldürüb.

2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə Xəzər rayonu, Zuğulba prospektində mərkəz istiqamətində hərəkətdə olarkən piyada 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Cabarova Şahsənəm Əli qızını vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq aparılır. (APA)

Əvvəlki məqalə

Sənədsiz tikilmiş obyektlərə sənəd verilir, proses başlanıb –

Sonrakı məqalə

Naxçıvana təyyarə biletləri onlayn satışa çıxarılır –