Bakıda 38 yaşlı qadın qətlə yetirilib

Oktyabrın 16-da saat 15 radələrində paytaxtın Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.