Bakıda ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Alıyev Yusif Qəzənfər oğlunun meyiti yaşadığı ünvanda aşkar edilib. İlkin müayinə zamanı onun naməlum narkotik maddədən zəhərləndiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.