ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin istefa vermiş rəhbəri Censen Huanq vəzifəsinə geri qayıdıb.
Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, “Nvidia”-nın Direktorlar Şurası Censen Huanqı şirkətin baş direktoru vəzifəsinə bərpa edib.
Qeyd edək ki, noyabrın 12-də “Nvidia” şirkətinin rəhbəri Censen Huanq vəzifəsindən istefa verib.
Xatırladaq ki, Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatı ilə əlaqəli olması barədə iddialar yayılıb.
ABŞ Prezidenti Donald Tramp “Nvidia”-nın Direktorlar Şurasının Censen Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib.
Bu barədə ABŞ lideri özünün “Truth Social” səhifəsində paylaşım edib.
Trampın sözlərinə görə, Huanqın “Nvidia”-ya qayıtmasının milli təhlükəsizlik baxımından risk yaratdığına dair ABŞ hökumətinin hər hansı əsası yoxdur. O bildirib ki, ABŞ-ın baş prokuroru da hökumətin Huanqın qanunsuz fəaliyyətlə məşğul olduğuna dair sübutlara malik olmadığını təsdiqləyib.
ABŞ Prezidenti Huanqı “böyük vətənpərvər və milli sərvət” adlandırıb. O qeyd edib ki, Huanqın rəhbərliyi yalnız “Nvidia”-nın deyil, bütövlükdə ABŞ iqtisadiyyatının uğuru və rifahı baxımından əhəmiyyətlidir.