Bakıda 73 yaşlı kişi qətlə yetirilib

Mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-cı il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Cinayət hadisəsi şəxsi münasibətlər zəmində baş verib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

Sonrakı məqalə

“Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib”