Bakıda ağır yol qəzası baş verib –

3 nəfər ölüb
26 Fevral 2020 - 18:31

 

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub.

“BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

Fövqəlada Hallar Nazirliyindən  verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.